Reabilitasiya proqramı çərçivəsində 30 ukraynalı uşaq Bakıya gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Ukraynalı uşaqlar növbəti iki həftəni Azərbaycanda xoş keçirmək və reabilitasiya olunmaq üçün Bakıya gəliblər", - deyə səfir qeyd edib.
Onun sözlərinə görə, indiyədək ümumilikdə 662 ukraynalı uşaq bu proqramdan yararlanıb.
Qaynar xətt:
(055) 224 12 12