Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ümumdünya Ərzaq Proqramının Berlin Qlobal Ofisinin Direktoru: "Dünyada 59 münaqişə ocağı var"
"Hazırda dünyada 59 münaqişə ocağı var".
"Report" xəbər verir ki, bunu Ümumdünya Ərzaq Proqramının (WFP) Berlin Qlobal Ofisinin Direktoru Martin Frik Parlament Görüşünün ikinci günündə deyib.
Onun sözlərinə görə, dünyada pandemiya və münaqişələr səbəbindən qidalanma ilə bağlı təchizat zənciri pozulur:
"Dünyanın bir çox ölkələrində inflyasiya dərəcələri artır. Bir çox ölkələrdə milli valyutalar dəyər itirir. Beləliklə, hər bir müharibə dəhşətli faciələr yaradır. Pandemiyalar səbəbindən xərclər artır. Bu da insanlar üçün qiymət səviyyəsinin artmasına səbəb olur".
O qeyd edib ki, iqlim dəyişikliyi də bu problemlərə daxildir:
"Hazırda dünyada yaşaması üçün 10 milyard insanı qidalandırma potensialı var. Lakin qidaların paylanması qeyri-bərabərdir".