Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağda atəşkəs rejiminə əməl edəcəklərini bir daha təsdiqlədilər - xüsusən Olimpiya oyunları müddətində...
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu özünün Twitter səhifəsində ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik yazıb.
Həmsədrlərin Ermənistana səfərinin yekunlarına toxunan C.Uorlik bildirib ki, hələlik iki ölkə prezidentinin növbəti görüşünün vaxtı müəyyənləşməyib:
“Ermənistan prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə dialoqun davam etdirilməsinin əhəmiyyətini vurğuladı”.
Xatırladaq ki, həmsədrlər bu həftə bölgəyə növbəti dəfə səfər ediblər.