Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Uzun illər gözləmədə qalan qanun layihəsi qəbul edildi - VİDEO
Milli Məclisin dekabrın 8-də keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.
O, bildirib ki, 12 fəsil və 84 maddədən ibarət olan Rəqabət Məcəlləsi həm Milli Məclisin komitə iclasında, həm də plenar iclaslarda geniş və peşəkar şəkildə müzakirə edilib:
“Birinci və ikinci oxunuşlarda qəbul edilən layihənin üzərində iş getmiş tərəfimizdən bizə daxil olan təkliflər və şərhlər araşdırılmış və onların bir hissəsi qanunvericilik təşəbbüskarı subyekti ilə təhlil edilərək layihədə öz əksini tapıb. Biz inanırıq ki, bu məcəllənin qəbul olunması ilə ölkədə rəqabət mühiti inkişaf edəcək”.
Qeyd edək ki, müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.
Rəqabət Məcəlləsi qəbul edildikdən təxminən altı ay sonra, yəni 2024-cü il iyulun 1-də qüvvəyə minəcək.
Xatırladaq ki, Rəqabət Məcəlləsi 2006-cı ildə hazırlanaraq Milli Məclisə təqdim edilib. Qanun layihəsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşda müzakirəyə çıxarılmamışdı.
Ətraflı Baku TV-nin süjetində:
"Milli Məclis" teqi üzrə xəbərlər
- "Ermənistan Qərb ölkələrinin təxribatlarında alət olmamalıdır" - RƏY
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT
- Çoxdandır anons edilən reyestr ləngiyir, zərərçəkənlərin sayı isə artır - "Kaspi"nin ARAŞDIRMASI
- İki övladı olan şəxslərin hərbi xidmətə çağırılmaması təklif edilib