Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Vəfat edən əlilliyi olan şəxsin ailə üzvləri üçün mənzil növbəsi proseduru elektronlaşdırılır
Nazirlər Kabinetinin “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nda dəyişikliklər edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, bu qaydanı nəzərdə tutulan sənədlərin və ya məlumatların (təmsilçinin və digər ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surətləri, təmsilçilik barədə ərizə (2 nömrəli əlavə), əlilliyi olan şəxsin ölümü haqqında şəhadətnamənin surəti) Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar təmsilçidən tələb edilmir.
Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi təmsilçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya təmsilçi tərəfindən təmin edilir.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib
- Baş nazirdən xüsusi hərbi ixtisaslar üzrə təhsil müəssisələri ilə bağlı QƏRAR
- Bələdiyyələrin birləşməsi ilə bağlı komissiyalar yaradılacaq
- Müəllif qonorarlarının və digər haqların ödənilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib
- Elmi dərəcəsi olanların maaşlarına əlavələr ödəniləcək - QƏRAR