Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Vyaçeslav Volodin: “Qarabağdakı vəziyyət Azərbaycanın daxili işidir”
Dövlət Dumasının sədri Vyaçeslav Volodin öz "Teleqram" kanalında xatırladıb ki, Qarabağda baş verənlərin səbəblərini düzgün qiymətləndirmək üçün əvvəllər qəbul edilmiş qərarları nəzərə almaq lazımdır.
Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
O, qeyd edib ki, Qarabağ Azərbaycan SSR-in tərkibində olarkən hər iki tərəf keçmiş sovet respublikalarının sərhədləri daxilində bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan da bunu təsdiqləyib və Qarabağın Azərbaycanın ərazisi olması ilə razılaşıb.
Volodinin sözlərinə görə, bu qərarlara əsaslanaraq, hüquqi baxımdan bu gün Bakı öz ərazisində fəaliyyət göstərir və Qarabağdakı vəziyyət Azərbaycanın daxili işidir.
Mənbə: duma.gov.ru
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Paşinyanın arvadı erməni diplomatları təhqir etdi - Ermənistan XİN susdu
- Yoxsulluq içində, amma Avropa İttifaqında: Paşinyan Ermənistanı aclığa məhkum etməyə hazırdır
- Paşinyan: "Yeni konstitusiyanın qəbul edilməsi zəruridir"
- Sabiqlər Paşinyana qarşı - Ermənistanda gizli ittifaq qurulur
- Faktlar danışır: Ermənistanın sülh oyunu arxasında silah alışı