Vyetnam prezidenti Çıonq Tan Şanq Azərbaycana səfər edəcək.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, prezident mayın 7-dən 10-na qədər Rusiyada səfərdə olacaq. Dövlət başçısı Moskvada Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək.
Bu barədə ölkə XİN-nin yaydığı məlumatda deyilir.
Moskvadan sonra Vyetnam lideri 10-13 may tarixində Çexiyaya dövlət səfəri, 13-15 may tarixində isə Azərbaycana rəsmi səfər edəcək.
www.oxu.az