Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
XİN-dən İsrail və Livandakı Azərbaycan vətəndaşlarına XƏBƏRDARLIQ
Azərbaycanın Xarici İşlər Nazirliyi Livan və İsrail arasındakı gərginliklə əlaqədar vətəndaşları İsrailin Livan sərhədinə yaxın ərazilərinə səfər etməməyə çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin müraciətində bildirilib.
"Livan və İsrail arasında mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən müvafiq olaraq 3 və 5 avqust 2024-cü il tarixlərində edilmiş səyahət xəbərdarlıqlarına ciddi şəkildə riayət etməyin vacib olduğunu diqqətə çatdırırıq.
Bununla yanaşı, İsrail ərazisində xüsusi vəziyyət elan edilməsi ilə əlaqədar, vətəndaşlarımıza İsrailin Livan sərhədinə yaxın ərazilərə səfər etməməyi və yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmağı tövsiyə edirik", - XİN-in mətbuat xidməti qeyd edib.
Əlaqə vasitələri:
Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi
+972 50 356 95 82
Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi
+961 4 922 066.
"Xarici İşlər Nazirliyi (XİN)" teqi üzrə xəbərlər
- Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib
- Azərbaycan "İslam səkkizliyi" təşkilatına üzv seçildi
- Ayxan Hacızadə: "ABŞ-nin Azərbaycana qarşı əsassız iddiaları ikili standartların bariz nümunəsidir"
- Ayxan Hacızadə: "Hökumətin uğursuzluğunu ört-basdır etmək uğursuz dövlətin göstəricilərindəndir"
- Azərbaycan 2024-2026-cı illər üzrə AQEM-ə Sədrlik edəcək