Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
XİN İranda Azərbaycan səfirliyinin bərpasının şərtini açıqlayıb
“Son zamanlar, Azərbaycanla İran arasında bir sıra təmaslar həyata keçirilib. Xarici işlər nazirləri arasında baş tutmuş danışıqlar zamanı ölkələrimiz arasında yaranmış məlum vəziyyətə dair ətraflı fikir mübadiləsi aparılıb”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin 12 iyun tarixli şərhi barədə yerli medianın sualına cavabında deyib.
“Cari ilin yanvar ayında terror hücumu nəticəsində fəaliyyətini dayandırmış səfirliyimizin işinin bərpa olunması məsələsinə gəldikdə, qeyd edək ki, Azərbaycan terror hücumu ilə bağlı istintaqın başa çatdırılacağını gözləyir. Terror aktını törədənlər və sifarişçilər məsuliyyətə cəlb olunmalı, ən sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan tərəfi əmin olmalıdır ki, səfirliyin təhlükəsiz fəaliyyəti üçün şərait mövcuddur və bununla bağlı tam zəmanət verilməlidir”, - XİN rəsmisi qeyd edib.
Xatırladaq ki, 12 iyun tarixində İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani Azərbaycanla münasibətlərə toxunarkən bildirib ki, diplomatik tədbirlər nəticəsində gərginliyin nəzarət altına alınması ilə bağlı müsbət nəticə əldə edildiyinə inanır. Onun sözlərinə görə, hazırda gərginlik mərhələsindən yeni mərhələyə keçid və Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinin rəsmi fəaliyyətini bərpa etmək üçün danışıqlar mərhələsindədirlər. Kənani əlavə edib ki, yeni praktik addımlar atmaq üçün dialoqa və fikir mübadiləsinə ehtiyac var.
"Ayxan Hacızadə" teqi üzrə xəbərlər
- Ayxan Hacızadə: "ABŞ-nin Azərbaycana qarşı əsassız iddiaları ikili standartların bariz nümunəsidir"
- Ayxan Hacızadə: "Hökumətin uğursuzluğunu ört-basdır etmək uğursuz dövlətin göstəricilərindəndir"
- Rəsmi Bakı ABŞ dövlət katibi Antoni Blinkenin qərəzli bəyanatını rədd edib
- Almaniyanın xarici işlər naziri Bakıya GƏLİR
- Boykot uğursuz oldu, Qreta autda: COP29 - Azərbaycanın siyasi qələbəsidir