Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev, Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın açıqlamasına münasibət bildirib.
Oxu.Az xəbər verir ki, H.Hacıyev öz “Facebook” səhifəsində bildirib ki, Ş.Köçəryan Madrid prinsiplərindən və danışıqların gedişindən tam xəbərsiz olduğunu bir daha sübut edib.
“Görünür ki, Madrid prinsiplərinin yalnız adını həmsədrlərin açıqlamalarından eşitmişdir. Onun dedikləri hər hansı şərhə layiq deyil”, - deyə XİN sözçüsü bildirib.