Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Yalçın Rəfiyev: "Həll olunmamış məsələlər üzərində iş davam edir"
"COP29 Sədrliyi hələ öz həllini tapmayan məsələlərə yekun düzəlişlər etmək üçün tərəflərlə işləməyə davam edəcək".
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə COP29-un baş danışıqçısı Yalçın Rəfiyev məlumat verib.
"Biz hələ də həll olunmamış məsələlərə son düzəlişlər etmək üçün tərəflərlə işləməyə davam edəcəyik. Bütün tərəfləri hədəfə çatmağa təşviq edərək, bu konfransın nəticəsinin mümkün qədər iddialı olmasını təmin etməyə çalışacağıq", - o bildirib.
Y.Rəfiyev qeyd edib ki, sədrliyin fikrincə, 250 milyard ABŞ dolları məbləğində illik maliyyələşmə ədalətli və iddialı məqsədə uyğun deyil, lakin tərəflərlə qarşılıqlı fəaliyyət davam etdiriləcək.
"Biz bu məsələ ilə bağlı məsləhətləşmələri davam etdirir və irəliləyiş əldə olunacağına ümid edirik. Tərəflər məbləği hələ nəzərdən keçirəcəklər və yekun razılaşma əldə edildikdən sonra şərh verə biləcəyik", - o vurğulayıb.

"COP29" teqi üzrə xəbərlər
- Əli Əsədov AZAL təyyarəsinin qəzasının araşdırılmasında köməyə görə Oljas Bektenova təşəkkür edib
- COP29 sədrliyinin "İqlim və Sülh" gündəliyinin icrasına start verilib
- Leyla Əliyeva Bəhreynin neft və ətraf mühit naziri ilə görüşüb
- MAMA "Ana təbiət" beynəlxalq insəcənət layihəsi Bəhreyndə təqdim edilib
- Bəhreyn Krallığının vəliəhdi və baş naziri Leyla Əliyevanı qəbul edib