YAP-çı millət vəkili Aydın Mirzəzadə “Human Rights Watch” təşkilatının Azərbaycanda insan haqları ilə bağlı növbəti hesabatına münasibət bildirib.
Oxu.Az xəbər verir ki, A.Mirzəzadənin Qafqazinfo-ya bildirdiyinə görə, hər dəfə olduğu kimi budəfəki hesabat da qərəz və böhtan xarakteri daşıyır:
“Özünü ictimai-siyasi təşkilat adlandıran bir qurum Azərbaycan üzərində prokurorluq nəzarəti aparır. Azərbaycanın daxili və xarici siyasətini onların istəklərinə uyğun qurulmasına çalışır. Demokratiya və insan haqları adı altında Azərbaycana təzyiq edir. Konkret cinayət əməlinə görə həbs edilən insanları kontekstdən kənar vicdan məhbusu adlandırır. Onların hesabatları illərdir bu formada verilir. Azərbaycanın inkişafı ilə bağlı reallığı görmək istəmirlər”.