Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
YAP-ın iclası keçirildi: Səlahiyyətli nümayəndələr müəyyənləşdi
Milli Məclisə keçiriləcək növbədənkənar seçkidə Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin adları məlum olub.
"Report"un əldə etdiyi məlumata görə, partiyanın bu gün keçirilən iclasında YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və İdarə Heyətinin üzvü Arif Rəhimzadə səlahiyyətli nümayəndələr kimi təyin ediliblər.
Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi təyin olunub.
"Yeni Azərbaycan Partiyası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar