Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Yeni dövlət qurumunun rəhbəri kim olacaq? - RƏSMİ AÇIQLAMA
Mədəniyyət Nazirliyi Kino Agentliyinin strukturu haqqında məsələyə aydınlıq gətirib.
Nazirlikdən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yeni yaradılacaq Agentliyin strukturu və bundan sonra həyata keçirilməli olan prosedur ölkə başçısının müvafiq Fərmanına əsasən təşkil ediləcək.
Prezident İlham Əliyevin ötən gün imzaladığı müvafiq sərəncamda qeyd edilib ki, Agentlik Azərbaycanda kinematoqrafiyanın inkişafının, o cümlədən yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğinin təşkili, kinematoqrafiya müəssisələrinin və kino sənayesi iştirakçılarının fəaliyyətinin, eləcə də kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, Azərbaycan kinematoqrafiyasının dünya kinematoqrafiyasına inteqrasiyası sahələrində fəaliyyət göstərən, Nazirliyin tabeliyindəki kinematoqrafiya müəssisələrini idarə edən və onların fəaliyyətinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.
Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr, onun iki müavini daxil olmaqla 3 üzvdən ibarət Müşahidə Şurası yaradılır. Agentliyin fəaliyyətinə rəhbərliyi Baş direktor həyata keçirəcək.
Qurumun rəhbərliyi məsələsi ilə əlaqədar nazirlikdən bildirilib ki, bununla bağlı zamanı gəldikdə ictimaiyyətə məlumat veriləcək.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyevin mesajları və suveren gücün sözü
- Paşinyanın Qərbi Azərbaycan xofu: Azərbaycanlıların Ermənistana qayıdışı ərazi iddiası deyil
- Trampın Kanadanı ABŞ-yə qatmaq istəyi: "Make America Great Again" hədəfi
- Aİ Şurasının rəhbəri Prezident İlham Əliyevə zəng edib
- İlham Əliyev Gürcüstanın baş nazirinə başsağlığı verib