Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Yuri Qusev: "Ukrayna COP29-a ev sahibliyi edəcək ölkə qismində Azərbaycanın seçilməsini alqışlayır"
"Azərbaycan və Ukrayna əməkdaşlığı strateji məqsədlərə malikdir, bu, xüsusilə enerji sahəsində qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə yönəlib".
Oxu.Az-ın məlumatına görə, bunu Ukraynanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev brifinqdə bildirib.
"Yaşıl enerji sahəsində geniş imkanlarımız var. Ukrayna noyabr ayında keçiriləcək COP29-a ev sahibliyi edəcək ölkə qismində Azərbaycanın seçilməsini alqışlayır. Biz bu tədbirdə fəal iştirak edəcəyik", - deyə o bildirib.
Səfir Azərbaycanda belə qlobalmiqyaslı tədbirlərin keçirilməsinin Azərbaycanın dünya birliyindəki rolunun artmasına dəlalət etdiyini vurğulayıb.
"Keçən həftə Ukrayna ətraf mühit və təbii sərvətlər naziri Ruslan Strılets Azərbaycana işgüzar səfər edib. O, azərbaycanlı həmkarı Muxtar Babayevlə görüşüb. Hərtərəfli ekoloji əməkdaşlıq imkanları müzakirə edilib", - deyə Y.Qusev əlavə edib.
Rufina Abdullayeva
"COP29" teqi üzrə xəbərlər
- Yeni kaledoniyalı jurnalist: "Azərbaycanla əməkdaşlıq edərək mətbuat azadlığını öyrənmək istəyirik"
- İtaliyalı parlamentarilər: "Xocalı soyqırımı ilə bağlı dezinformasiyalar qəbuledilməzdir"
- Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə Leyla Əliyeva və Arzu Əliyevanı qəbul edib
- Sahibə Qafarova: "Dövlətlərin daxili işlərinə qarışılması bütün problemlərin qaynağına çevrilib"
- Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edib