Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Zahid Oruc: “Fazil Mustafaya 7-8 güllə atılıb” - VİDEO
“Fazil Mustafaya 7-8 güllə atılıb. Bu, onun həyatına edilən sui-qəsddir”.
Bunu “Report”a Milli Məclisin deputatı Zahid Oruc Fazil Mustafaya qarşı silahlı hücuma münasibət bildirərkən deyib.
“Bu sui-qəsdin təbii ki, siyasi səbəbləri var. Kimlərsə 90-cı illərlə bu dövrü səhv salır, o vaxt da siyasi terrorlar baş alıb gedirdi. Həm də Qarabağ müharibəsindən sonra əksər adamlarda silah var idi. O silahlarla daxildə müxtəlif hücumlar həyata keçirirdilər. İstəyirlər ki, insanlarımız ölkədən qaçsın”, - Z.Oruc bildirib.
Qeyd edək ki, bu gün axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb.
TƏBİB-dən verilən məlumata görə, Fazil Mustafaya sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Onun vəziyyəti stabil olaraq qiymətləndirilir və həyati təhlükəsinin olmadığı bildirilir.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Azərbaycanda nisyə mal alıb-satan sahibkarlar kredit tarixçəsinə dair məsuliyyətdən azad edilir
- Azərbaycanda aerodrom istismar edən dövlət orqanının fəaliyyəti üçün hüquqi əsas yaradılır
- Azərbaycanda təhlükə potensiallı obyektlərin siyahısı genişləndirilir
- Sahibkarlara şad xəbər: Yoxlamaların dayandırılmasının müddəti uzadılır
- Azərbaycanda valideynlərini itirmiş uşaqlara birdəfəlik pul vəsaiti konkret məbləğdə ödəniləcək