Azərbaycanın müdafiə naziri Zakir Həsənov Moskvada rusiyalı və iranlı həmkarları ilə keçirdiyi ikitərəfli görüşləri şərh edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycanın müdafiə naziri bildirib ki, konfrans çərçivəsində Rusiyanın müdafiə naziri Sergey Şoyqu və İranın müdafiə naziri Hüseyn Dehqan ilə görüşlər yüksək səviyyədə və qarşılıqlı anlaşma şəraitində keçib.
Azərbaycanın müdafiə naziri Zakir Həsənov deyib:
“Hər iki nazirlə görüşlərimdə hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd etməliyəm ki, həm hərbi, hərbi texniki və hərbi təhsil sahələrində əməkdaşlığa dair apardığımız fikir mübadiləsinin nəticələrindən tam razıyam”.
Azərbaycanın müdafiə naziri görüşlərdə Xəzər dənizində hərbi təlimlərlə bağlı müzakirələrin də aparıldığını bildirib.