Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Zaxarova: "ABŞ Cənubi Qafqazdan Rusiyaya qarşı plasdarm kimi istifadə etməyə çalışır"
"ABŞ Cənubi Qafqaz regionuna yalnız Rusiyaya qarşı plasdarm kimi baxır".
Oxu.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Baku TV-nin sualını cavablandırarkən deyib.
"ABŞ-ni prinsipcə sülhsevər siyasət qane etmir. Regionda sülhün və sabitliyin əldə olunması, yalnız Cənubi Qafqaz regionunda ölkələr arasında münasibətlərin hərtərəfli normallaşması və bilavasitə qonşuların - İran, Türkiyə və Rusiyanın iştirakı ilə mümkün olması Vaşinqtonun məqsəd və vəzifələrinə daxil deyil. Üstəlik, bunun qarşısını almağa çalışırlar", - o bildirib.
M.Zaxarovanın sözlərinə görə, ABŞ-nin vəzifəsi regionda heç bir qarşılıqlı fəaliyyətin, yaxınlaşmanın və ya qarşılıqlı anlaşmanın əldə edilməməsini təmin etməkdir:
"Oktyabrda keçiriləcək parlament seçkiləri kontekstində amerikalıların Gürcüstanda vəziyyəti gərginləşdirmək cəhdlərini görürük. ABŞ rəsmilərinin sonsuz sıra ilə İrəvana necə axışdığını da izləyirik. Bu, onların ölkənin və onun xalqının rifahının qayğısına qaldıqları barədə illüziya yaradır. Reallıqda onlar postsovet məkanı ölkələrini anti-Rusiya kampaniyalarına cəlb edirlər. Bu isə bizə deyil, bu dövlətlərin özlərinə, iqtisadi fəaliyyətlərinə, humanitar siyasətlərinə ziyan vurur".
"Mariya Zaxarova" teqi üzrə xəbərlər
- Şagirdi stulla vuran müəllimə ilə bağlı hansı tədbir görüldü? - Xəbərlərin 20:00 buraxılışı
- Zaxarova: "Rusiyanın Suriyadakı hərbi bazalarının taleyinin Avropa İttifaqına aidiyyəti yoxdur"
- Cənubi Koreyada siyasi böhran: Beynəlxalq ictimaiyyət müharibə ehtimalını yüksək görür
- Rusiya XİN Ərdoğanın açıqlamasına münasibət bildirib
- Zaxarova Ermənistan haqqında: "Guya onlar artıq özlərini hansısa çərçivədən kənarda görürlər"