Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Zaxarova: "Cənubi Qafqazda sülhün qorunması üçün əlimizdən gələni etməliyik"
"Cənubi Qafqaz regionunda sülhü nəyin bahasına olursa-olsun qorumaq lazımdır".
Oxu.Az "TASS"-a istinadə xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O, Rusiya tərəfinin regionda sülhün qurulmasına kömək etməyə hazır olanları alqışladığını bildirib və Moskvanın Qərbin dağıdıcı təsirinə dözməyəcəyi barədə xəbərdarlıq edib.
"Bu başıbəlalı region bir çox münaqişələrdən keçib, buna görə də Rusiya tərəfi buraya sülhlə gələrək kömək etmək və töhfə vermək istəyənlərə şad olacaq. Biz bölgədə sülhü qorumaq üçün birlikdə bu qədər güc sərf etmişik. Biz Qərbin özünün idarəolunan xaos siyasətindən istifadə etməsinə imkan verməmək üçün əlimizdən gələni etməliyik", - M.Zaxarova qeyd edib.
"Mariya Zaxarova" teqi üzrə xəbərlər
- Şagirdi stulla vuran müəllimə ilə bağlı hansı tədbir görüldü? - Xəbərlərin 20:00 buraxılışı
- Zaxarova: "Rusiyanın Suriyadakı hərbi bazalarının taleyinin Avropa İttifaqına aidiyyəti yoxdur"
- Cənubi Koreyada siyasi böhran: Beynəlxalq ictimaiyyət müharibə ehtimalını yüksək görür
- Rusiya XİN Ərdoğanın açıqlamasına münasibət bildirib
- Zaxarova Ermənistan haqqında: "Guya onlar artıq özlərini hansısa çərçivədən kənarda görürlər"