Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Zaxarova: "Ermənistan regionda təhlükəsizlik və sabitlik yaratmaq barədə düşünməlidir"
"Yaxın keçmişdə Ermənistan rəsmilərinin KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı - red.) bu ölkədən çıxması barədə açıqlamalarını xatırlayıram və onlardan soruşmaq istəyirəm. Məgər KTMT Ermənistana qayıdıb ki, indi də Ermənistan KTMT-dən çıxmaq istəyir?".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ənənəvi brifinq zamanı news.ru-nun sualını cavablandırarkən bildirib.
"Bu söz oyunu ilə nə qədər desəniz məşğul olmaq olar. Amma bu çox ləyaqətsiz və ucuz hərəkətdir. Dövlətlərin strateji maraqları var. Regionun hələ də vidalaşa bilmədiyi problemlər var. Belə şəraitdə Ermənistan ilk növbədə regionda təhlükəsizlik və sabitlik yaratmaq, bu əsasa dayanan mülki infrastruktur qurmaq barədə düşünməlidir ", - deyə Zaxarova bəyan edib.
O qeyd edib ki, regionun parlaq gələcəyi üçün bu problemləri həll etmək lazımdır.
"Cənubi Qafqazın yeni çoxqütblü dünyanın mərkəzlərindən biri olmaq üçün bütün imkanları var. Lakin bunun üçün mövcud problemlər arxada qalmalıdır", - Zaxarova əlavə edib.
"Mariya Zaxarova" teqi üzrə xəbərlər
- Zaxarova: "Aİ Cənubi Qafqaza hibrid müharibənin növbəti cəbhəsi kimi baxır"
- Zaxarova: "Minsk konfransının bütün strukturları buraxılmalıdır"
- Rusiya sərhədlərin delimitasiyası üzrə təcrübəsini Azərbaycan və Ermənistanla bölüşməyə hazırdır
- Zaxarova: "Ermənistanda Aİ missiyası ölkələrə qarşı işləyən monitorinq casuslarıdır"
- Zaxarova: "Rusiyaya "Taurus" zərbəsi Almaniyanın münaqişəyə birbaşa müdaxiləsi olacaq"