Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Zaxarova: "Qərb mediasının Rusiyanı Yeni Kaledoniyada baş verənlərdə ittiham etməsi təəccüblü deyil"
"Qərb mətbuatının Rusiyanı Slovakiyanın baş nazirinə sui-qəsd cəhdində və Yeni Kaledoniyada baş verən hadisələrdə ittiham etməsi təəccüblü deyil".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Baku TV-Ru-nun Yeni Kaledoniyada baş verənlərə görə Rusiyaya qarşı BBC-nin ittihamları ilə bağlı sualını şərh edərkən deyib.
O, Slovakiyanın Baş naziri Robert Fitsonun həyatına sui-qəsd cəhdinin bütün dünyanın gözü qarşısında, canlı yayımda olduğunu xatırladıb.
"Buna baxmayaraq, Qərb mediası bunun üçün həyasızcasına Rusiyanı günahlandırdı. Belə olan halda Yeni Kaledoniyanı da uydurmaq olar, hansısa mövcud olmayan qalaktikanı da aid etmək olar", - deyə o vurğulayıb.
"Buna təəccüblənməyə ehtiyac yoxdur, bunda məyus olacaq bir şey də yoxdur. Sadəcə, bilmək lazımdır ki, dezinformasiyanı kim yayır, feykləri kim yaradır", - deyə Zaxarova sözlərini yekunlaşdırıb.

"Mariya Zaxarova" teqi üzrə xəbərlər
- Zaxarova: "AZAL təyyarəsinin faciəsi səbəbindən iki ölkənin arasını vurmaq cəhdləri uğursuz olacaq"
- Zaxarova: "Üçtərəfli işçi qrupunun fəaliyyəti Ermənistana görə dondurulub"
- "Ulduz müharibələri 2.0": Tramp kosmosu da fəth etməyi planlaşdırır
- Zaxarova: "Rusiya, Azərbaycan və İran "Şimal-Cənub" dəhlizini inkişaf etdirir"
- Zaxarova AZAL təyyarəsinin qəzası ilə bağlı saxta məktublar barədə Baku TV-nin sualını cavablandırıb