Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı dövlətlər arasında münasibətlərdəki vəziyyəti müzakirə etmək məqsədilə növbəti üçtərəfli sammit üçün Rusiyaya dəvət edib.
Bu barədə bazar ertəsi Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamasında deyilir.
“Burada üçtərəfli və ikitərəfli məsələlərin bütün spektrinin müzakirəsi planlaşdırılır”, - Zaxarova bildirib.
Mənbə: Vedomosti