Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası" 5-ci dəfə öz qapılarını kitabsevərlərin üzünə açıb.
Oxu.Az xəbər verir ki, sərginin təşkilində əsas məqsəd ölkədə kitaba, mütaliəyə marağın daha da artırılması, Azərbaycan oxucusunun yerli və xarici nəşr məhsulları ilə yaxından tanışlığı, eyni zamanda yerli və xarici nəşriyyatlar, kitab evləri arasında yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır.
Sərgidə 100-dən çox yerli, 30-dan artıq xarici nəşriyyat, kitab evi və digər təşkilatlar iştirak edir.
Ehtiram Cəbiyev
www.oxu.az
Rəylər