29 
Sen
2017
13:52
128
221
26911
Virtual karabakh

Lütfi Zadə dəfn olundu – FOTO + YENİLƏNİB

29 Sen, 2017
13:52
26911

Lütfi Zadə dəfn olundu – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya şöhrətli alim Lütfi Zadə dəfn olunub.
 
Oxu.Az-ın məlumatına görə, o, I Fəxri xiyabanda torpağa tapşırılıb.

13:30

Böyük alim Lütfi Zadə İlə vida mərasimi başlayıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, mərasimdə Prezident İlham Əliyev, AMEA-nın prezidenti Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və başqaları iştirak edir.

AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, Lütfi Zadənin əldə etdiyi nailiyyətlər əsasında dünya elminin müxtəlif istiqamətləri inkişaf edib: “Lütfi Zadə Amerikada yaşasa da, Azərbaycana çox bağlı olub. O, son dəfə 2008-ci ildə Bakıya gəlmişdi. Onda Milli Elmlər Akademiyasında çox mühüm mühazirə ilə çıxış etmişdi. O, Azərbaycanın gündən-günə gözəlləşən sosial, elmi, iqtisadi şəraiti lilə fəxr edirdi. Lüfi Zadənin böyük elmi məktəbi var idi. Lütfi Zadə məktəbi Azərbaycanda da təşəkkül tapmışdı. Onun vəfatı dünya və Azərbaycan elmi ictimaiyyətini kədərləndirir”.

Mikayıl Cabbarov isə deyib ki, onun son arzusu vətənində torpağa tapşırılmaq olub: “Bu, onu göstərir ki, son nəfəsinə qədər Azərbaycanla yaşayıb. Onun dünya elminə verdiyi töhfələr misilsizdir. O bizim böyük alimlərlə birlikdə öz adını Azərbaycan elminin və dünya elminin tarixinə qızıl hərflərlə yazdırıb. Bu gün Azərbaycanda Lütfi Zadənin elmi nailiyyətlərini davam etdirən gənclər yetişir”.

Tədbir davam edir.

10:56

Dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadə ilə vida mərasimi başlayır.

Oxu.Az Report-a istinadən xəbər verir ki, onun cənazəsi "Heydər" məscidindən AMEA-nın Əsas binasına gətirilib.

Mərasimdə dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri və mərhumun yaxınları iştirak edəcək.

Mərhum I Fəxri xiyabanda dəfn olunacaq.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri