29 
Dek
2017
11:59
72
411
20882
Virtual karabakh

Alpinistlərin axtarışı: Əlavə qüvvələr cəlb olundu – YENİLƏNİB

29 Dek, 2017
11:59
20882

Alpinistlərin axtarışı: Əlavə qüvvələr cəlb olundu – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış “Gilavar” - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyadzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a verilən məlumata görə, nazirliyin Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və xüsusi təlim keçmiş itlər, peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.

Qeyd edək ki, bu gün səhər saatlarından Xüsusi Riskli Xilasetmə Xidmətinin əlavə 10 nəfər dağ-xilasedicisi axtarışlara cəlb olunub.                        

Axtarış işləri barədə əlavə məlumat veriləcək.

***

09:42

İtkin düşmüş alpinistlərin axtarışları bu gün səhər 05:00-dan bərpa olunub.

Bunu Oxu.Az-a “Gilavar” - hava və ekstrim idman klubunun direktoru Ziya Qasımov bildirib.

Onun sözlərinə görə, Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxaraq geri qayıtmamış “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyadzadə Namin Nizami oğlunun axtarışlarına FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, kinoloqlar, nazirliyin Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri  və FAİREX-in peşəkar alpinistləri cəlb olub.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri