Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Uşaqlara işgəncə verilən bağçadan - AÇIQLAMA + VİDEO - YENİLƏNİB
Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri “Kids studio” uşaq bağçasında olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, RİH nümayəndələri uşaq bağçasında baş vermiş zorakılıq faktını araşdırmaq üçün müəssisəyə gəliblər.
“Kids studio” uşaq bağçasının müdiri Nigar Müseyibova verdiyi açıqlamada bildirib ki, tərbiyəçinin uşaqlara qarşı zorakılıq etməsini əks etdirən görüntülərdən xəbəri olmayıb.
Onun sözlərinə görə, bağçada uşaqlara qarşı zorakılıq edən tərbiyəçi işdən uzaqlaşdırılıb.
Valideynlərin bağçada baş verənləri onlayn qaydada izlədiyini vurğulayan N. Müseyibova qeyd edib ki, müəssisə bundan sonra fəaliyyət göstərməyəcək.
O əlavə edib ki, görüntüləri bağçanın qəbul şöbəsində çalışmış xanım yayıb.
16:09
“Kids Studio” uşaqlara işgəncə verilməsi faktlarının əks olunduğu video barədə məlumat verib.
“Kids Studio”dan Oxu.Az-a bildirilib ki, müəllim uşağa işgəncə verməyib:
“Sadəcə, silkələyib. Görüntü sürətli kadrla verildiyi üçün müəllimin uşağa qarşı rəftarı daha da aqressiv görünür. Həmin müəllim artıq işdən çıxarılıb”.
Bağçadan qeyd edilib ki, videonu bağçanın işçisi yayıb:
“Həmin görüntüləri bağçadan oğurluq etdiyi üçün işdən çıxarılan resepşndakı qız qəsdən yayıb. Onda adminin parolu var və videonu götürə bilib”.
İlhamə Əbülfət
www.oxu.az
Rəylər