Sen
2018
16:34
56
503
15991
Virtual karabakh

Sosial evlərin seçimi başa çatdı - YENİLƏNİB

5 Sen, 2018
16:34
15991

Sosial evlərin seçimi başa çatdı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında güzəştli mənzillərin seçimi uğurla başa çatdırılıb.

Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) Oxu.Az-a verilən məlumata görə, satışa çıxarılan 324 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib.

Bu saata olan məlumata görə, satışa çıxarılmış 324 mənzilin hamısı artıq seçilib.

Seçilmiş mənzillərin 70%-dən çox hissəsi artıq vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) inzibati binasında yaradılmış operativ qərargahda mənzillərin seçimi prosesi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Elektron Hökumətin İnkişafı Mərkəzi” və “Ernst & Young” şirkətinin nümayəndələrinin iştirakı ilə  müşahidə edilirdi.

14:55

Güzəştli mənzil sistemində elektron kabinetlərinizə giriş artıq aktivləşdirilib. 

Oxu.Az xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) vətəndaşlara müraciətində bildirilir. 

Məlumatda deyilir ki, saat 15:00-da satış başlanılacaq.

“MİDA elektron kabinetinizə girişlə əlaqədar yaranan problemlərlə bağlı 108 Çağrı mərkəzinə müraciət etməyi xahiş edir”, -  müraciətdə qeyd olunub. 

11:43

Xəbər verdiyimiz kimi, bu gün saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyinin saytında sosial mənzillər yenidən satışa çıxarılıb. 

Oxu.Az-ın məlumatına görə, qısa müddət ərzində sayta giriş çox olduğundan sistemdə məhdudiyyətlər yaranıb.

Məsələ ilə bağlı MİDA vətəndaşlara müraciət edərək bildirib ki, mənzil seçimi prosesi hazırda dayandırılıb və proses bu gün saat 15:00-dan etibarən aktivləşdiriləcək.

Xatırladaq ki, mayın 7-də keçirilən sosial mənzillərin elektron qaydada seçimi zamanı da problem yaranmışdı. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri