Okt
2018
09:45
45
153
26608
Virtual karabakh

Qəbul imtahanının yeni qaydaları - CƏDVƏL

9 Okt, 2018
09:45
26608

Qəbul imtahanının yeni qaydaları - CƏDVƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyinin birgə hazırladığı və 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelinin detalları məlum olub.

DİM-dən Oxu.Az-a verilən məlumata görə, qəbul imtahanlarının modeli aşağıdakı kimidir:

Buraxılış imtahanı (9 illik təhsil bazasında)

I mərhələ (imtahan müddəti - 3 saat)

Fənnin adı

Maksimal  bal

Tapşırıqların sayı

Tədris dili 
(Azərbaycan dili, rus dili)

30

2 mətn (bədii, publisistik) hər mətnə aid 10 tapşırıq (5 yazı tələb olunan açıq + 5 qapalı ). Cəmi: 20 tapşırıq

Riyaziyyat

30

10 açıq tapşırıq (həllin yazılması tələb olunan) 
Cəmi:10 tapşırıq

Xarici dillər (ingilis,alman, fransız,rus,ərəb, fars dilləri)

30

1.Dinləmə mətninə dair (publisistik və ya dialoq) 6 tapşırıq (4 qapalı+2 yazı tələb olunan açıq ); 
2.Oxuyub-anlama mətninə dair 9 tapşırıq (5 qapalı+4 yazı tələb olunan açıq ).

Cəmi:15 tapşırıq

II mərhələ (imtahan müddəti - 2 saat 15 dəqiqə)

 

Fənnin adı

Maksimal  bal

Tapşırıqların sayı

Tədris dili 
(Azərbaycan dili, rus dili)

70

30 qapalı

Riyaziyyat

70

30 qapalı

Xarici dillər (ingilis,alman, fransız,rus,ərəb, fars dilləri)

70

30 qapalı

İmtahan 1 mərhələdə keçirilir (imtahan müddəti - 3 saat)

Buraxılış imtahanı (11 illik təhsil bazasında)

 

Fənnin adı

Maksimal  bal   
 

Tapşırıqların sayı

1.

Tədris dili 
(Azərbaycan dili, rus dili)

100

Oxuyub anlamaya dair 2 mətn (bədii, publisistik), hər mətnə aid 10 tapşırıq ( 5 yazı tələb olunan açıq + 5 qapalı ) və dil qaydalarına dair 10 qapalı tapşırıq.

Cəmi: 30 tapşırıq

2.

Riyaziyyat

100

7 həllin yazılması tələb olunan açıq tapşırıq+5 açıq tapşırıq+13 qapalı tapşırıq.

Cəmi: 25 tapşırıq

3.

Xarici dillər (ingilis,alman, fransız,rus,ərəb, fars dilləri)

100

1.Dinləmə mətninə dair (publisistik və ya dialoq), 6 tapşırıq (3 qapalı+3 yazı tələb olunan açıq);

2.Oxuyub-anlama mətninə dair 8 tapşırıq (4 qapalı+4 yazı tələb olunan açıq) ;

3.Dil qaydalarına dair 16 qapalı tapşırıq.

Cəmi:30 tapşırıq

İmtahan 1 mərhələdə keçirilir (imtahan müddəti - 3 saat)

Buraxılış imtahanı (11 illik təhsil bazasında)

Maksimal bal: 300 

Qəbul imtahanı (imtahan müddəti 3 saat)

I qrup

II qrup

III qrup

IV qrup

Riyaziyyat - 30 tapşırıq 
(22 qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya). 
Nisbi əmsal: 1,5

Riyaziyyat - 30 tapşırıq 
(22-qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya). 
Nisbi əmsal: 1,5

Azərbaycan (rus) dili - 30 tapşırıq (22-qapalı+5 açıq + yazılması tələb olunan 3 tapşırıqlı mətn). 
Nisbi əmsal: 1,5

Biologiya - 30 tapşırıq 
(22 qapalı +5  açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya). 
Nisbi əmsal: 1,5

Fizika 30 tapşırıq 
(22 qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya)
Nisbi əmsal: 1,5

Coğrafiya - 30 tapşırıq 
(22 qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya)
Nisbi əmsal: 1,5

Tarix-30 tapşırıq (22-qapalı+5 açıq + yazılması tələb olunan 3 tapşırıqlı mənbə)
Nisbi əmsal: 1,5

Kimya - 30 tapşırıq 
(22 qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya)  
Nisbi əmsal: 1,5

Kimya-30 tapşırıq (22-qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya)  
Nisbi əmsal: 1

Tarix - 30 tapşırıq 
(22-qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı mənbə). 
Nisbi əmsal: 1

Ədəbiyyat-30 tapşırıq 
(22 qapalı+5 açıq + yazılması tələb olunan 3 tapşırıqlı mətn)
Nisbi əmsal: 1

Fizika -30 tapşırıq 
(22 qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya)  
Nisbi əmsal: 1

Qeyd edək ki, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. 

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlərlə yanaşı, buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəklər və hər iki imtahandan topladıqları balların cəminə əsasən, ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.

Bundan əlavə, tədris Azərbaycan dili istisna olmaqla, digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda şagirdlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Şagirdlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın müddəti 45 dəqiqədir.

Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən imtahan verməlidirlər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri