24 
Okt
2018
14:33
360
163
12933
Virtual karabakh

Azərbaycanda universitetdə tələbələrə saqqal qadağası

24 Okt, 2018
14:33
12933

Azərbaycanda universitetdə tələbələrə saqqal qadağası

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt Dövlət Universitetində (SDU) tələbələrə saqqal saxlamaq qadağan edilib.

Oxu.Az-ın A24.Az-a istinadən verdiyi xəbərə görə, bu barədə SDU-nun bir qrup tələbələri tərəfindən daxil olan məlumatda deyilir.

Bildirilir ki, universitetdə tələbələrə saqqal saxlamaq bir müddətdir ki, qadağan edilib. Buna görə onlar dərsə buraxılmırlar. Eyni zamanda, saqqal saxlayan tələbələrin auditoriyaya buraxılmaması və onlara qaib yazılması göstərişi verildiyi bildirilir.

Tələbələr sözügedən qadağaya etiraz etdiklərini deyiblər. Onların sözlərinə görə, məlum qadağa yeni tədris ili başlanandan sonra daha sərt şəkildə qüvvəyə minib.

Qeyd edək ki, bir neçə gün əvvəl “Odlar yurdu” Universitetində tələbə qızlara və qadın müəllimlərə dikdaban ayaqqabı geyinməyin qadağan edilməsi barədə xəbər yayılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri