10 
Fev
2019
17:10
50
196
7568
Virtual karabakh

Azərbaycanda UBER istifadəçiləri mobil tətbiqin Rusiya versiyasına keçəcəklər

10 Fev, 2019
17:10
7568

Azərbaycanda UBER istifadəçiləri mobil tətbiqin Rusiya versiyasına keçəcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Uber taksi xidmətinin Azərbaycan istifadəçiləri mobil tətbiqin Rusiya üçün uyğunlaşdırılmış Uber Russia versiyasına keçmək xahişi barədə bildiriş almağa başlayıblar.

Oxu.Az xəbər verir ki, şirkət göndərdiyi məlumatda mobil tətbiqin yeni versiyasının təkmilləşdirildiyini qeyd edir.

Bundan başqa, bildirilir ki, çərşənbə axşamından sonra (12 fevral) Uber mobil tətbiqinin ari versiyası Azərbaycanda işləməyəcək.

Şirkətdən belə keçidi yalnız qeyd olunmuş “təkmilləşdirmə” ilə izah etsələr də, öz tərəfimizdən xatırladaq ki, 2017-ci ilin iyulunda Rusiyanın “Yandex. Taksi” şirkəti və Uber Rusiya, Belarus, Qazaxıstan, Gürcüstan, Azərbaycan və Ermənistan ərazisində iş üçün birgə müəssisə yaratmaq barədə elan ediblər.

Beləliklə, “Yandex” və Uber müvafiq olaraq 100 və 225 milyon dollar investisiya yatıraraq, yeni şirkət yaradıblar. Şirkətin səhmlərinin 59,3%-i “Yandex”ə, 36,9%-i Uber, qalan 3,8%-i isə şirkət əməkdaşlarına məxsusdur. Birləşmiş şirkətə “Yandex.Taksi”nin rəhbəri Tiqran Xudaverdyan başçılıq etməyə başlayıb.

VC portalının yazdığına görə, Uber Russiya yeni vektor xəritələrdən istifadə edir, buna görə, o, zəif internetlə daha sürətlə işləyir və Uber-in əvvəlki versiyasından üç dəfə az yer tutur.

Mobil tətbiqdə yeni funksiyalar peyda olub: sifarişə şərh yazmaq, səfəri Apple Pay və Google Pay vasitəsilə ödəmək, həmçinin sürücüyə kartdan silinəcək “çay pulu” qoymaq. Uber Russia istifadəçilərə səfərin daha ucuz başa gələcəyi minmə yerləri təklif edəcək. Qeyd olunur ki, bu funksiyalar artıq “Yandex. Taksi” mobil tətbiqində işləyir.

Təəssüf ki, biz Uber Russia mobil tətbiqini smartfona yazıb, yeni funksiyaları sınaqdan keçirə bilmədik, çünki qeyd olunan tətbiqi Azərbaycan ərazisindən smartfonuna yazmaq istəyən istifadəçi belə məlumat alır:

“Bu mobil tətbiqi ölkənizdə yükləmək mümkün deyil”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri