15 
Fev
2019
10:12
61
26
8327
Virtual karabakh

Tibb Universitetində açılacaq yeni ixtisasların adı bilindi - ÖZƏL

15 Fev, 2019
10:12
8327

Tibb Universitetində açılacaq yeni ixtisasların adı bilindi - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Tibb Universitetində üç yeni ixtisas açılması üçün Nazirlər Kabinetinə müraciət edilib.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Dövlət Tibb Universitetinin rektoru Gəray Gəraybəyli deyib.

Onun sözlərinə görə, üç ixtisas barədə sənədlər və proqramlar hazırlanıb:

“Həmin sənədlər Təhsil Nazirliyinə və Nazirlər Kabinetinə verilib. Onların baxılması və dövlət proqramına salınması üçün bir müddət lazımdır. Tibbi menecmentin ixtisası magistratura səviyyəsində olacaq. Tibb bacısı və fizoterapist ixtisasları isə bakalavriat səviyyəsindədir. Bunlar dörd illik bakalavr proqramlarıdır. Bu ixtisaslar üzrə ilk dəfə ATU-da tədris ediləcək”.

Gəray Gəraybəyli qeyd edib ki, sənəd bu il təsdiqlənsə, yeni tədris ilindən həmin ixtisasların tədris edilməsi alınmayacaq:

“Çünki Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları bu ilin yay ayında baş tutacaq. Sənəd qəbul edilərsə, gələn il bu ixtisas üzrə bizim tələbələrimiz olar”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri