Apr
2019
11:43
14
360
17659
Virtual karabakh

Bakıda avtomobil piyadalara çırpıldı: ölənlər var - TƏFƏRRÜAT + YENİLƏNİB

1 Apr, 2019
11:43
17659

Bakıda avtomobil piyadalara çırpıldı: ölənlər var - TƏFƏRRÜAT + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda baş verən qəzanın təfərrüatı məlum olub.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə bu gün səhər saat 10:19-da baş verib:

“Rəşid Behbudov küçəsi ilə hərəkət edən 90-NV-350 dövlət nömrə nişanlı avtomobili idarə edən 1971-ci il təvəllüdlü, Xətai rayon sakini Əmiraslanov Ramiz Nəcəfqulu oğlu sükan arxasında qəfil ürək tutmasından vəfat edib.

Avtomobil hərəkətdə olduğu üçün Şəmsi Bədəlbəyli küçəsində piyada zolağı ilə hərəkət edən üç piyadanı vurub və maşın avtobusa çırpılıb. Nəticədə, bir piyada vəfat edib”.

Vaqif Əsədov qeyd edib ki, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

10:58

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə Rəşid Behbudov küçəsində qeydə alınıb.

Piyada keçidində sürücü piyadaları vurub. Daha sonra isə maşın avtobusa çırpılıb.

Səhiyyə Nazirliyindən saytımıza bildirilib ki, hadisə nəticəsində iki nəfər ölüb:

“Hadisə zamanı 44 yaşlı sürücü və 50-55 yaşlarında naməlum qadın dünyasını dəyişib. 60 yaşlarında qadın və 30 yaşlı kişi yaralanıb. Onlar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri