Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın Aran bürosunun məlumatına görə, hadisə axşam 22:17 radələrində rayonun Ərəbqardaşbəyli kəndi ərazisində baş verib.
Salyan rayon sakini, 1973-cü il təvəllüdlü Elsevər Nəcəfov idarə etdiyi “LADA Priora” markalı avtomobili yoldan çıxararaq aşırıb.
Nəticədə sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.