Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
İngiltərə Premyer Liqasında (İPL) 2023/24 mövsümünə yekun vurulub.
Oxu.Az xəbər verir ki, doğma meydanda "Vest Hem"ə 3:1 hesabı ilə qalib gələn "Mançester Siti" (91 xal) ən yaxın izləyicisi "Arsenal"ı (89 xal) qabaqlayaraq çempionluğunu bayram edib. "Topçular" doğma meydanda "Everton"a 2:1 hesabı ilə qalib gəlsələr də, yekunda bu qələbə çempionluq üçün kifayət etməyib.
Günün digər oyunlarında "Mançester Yunayted" "Brayton"u, "Liverpul" "Vulverhempton"u 2:0, "Çelsi" isə "Bornemut"u 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, "Mançester Siti" İngiltərə Premyer Liqasında 9-cu qələbəsinə sevinib. "Arsenal" isə sonuncu dəfə 2003/04 mövsümündə çempion olmuşdu.
Əlavə edək ki, "şəhərlilər" bu çempionluqla daha bir tarixi hadisəyə imza atıblar. Belə ki, bugünkü qələbə onların ardıcıl 4-cü çempionluqları olub ki, İPL-in 135 illik tarixi ərzində heç bir klub bu cür uğurla öyünə bilməyib.
Anar Həsənov
"Mançester Siti FK" teqi üzrə xəbərlər
- İngiltərə Premyer Liqasında qiyməti yüksəlməkdə olan futbolçuların siyahısı açıqlanıb
- "Mançester Siti" klubunun rəhbərliyi yeni baş məşqçi axtarışlarına başladı
- "Mançester Siti" Qvardiolanın yerinə "Barselona"nın əfsanəsini gətirmək istəyir
- Holand Premyer Liqa tarixinin rekorduna imza atdı
- İngiltərə Premyer Liqası: "Mançester Siti" "Brayton" səddini keçə bilmədi