25 
İyn
2019
12:45
36
106
5439
Virtual karabakh

BDU rektoru: Şirməmməd Hüseynov arzusuna çatdı

25 İyn, 2019
12:45
5439

BDU rektoru: Şirməmməd Hüseynov arzusuna çatdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirməmməd Hüseynov çox arzulayırdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini görsün. O, arzusuna çatdı.

Oxu.Az-ın məlumatına görə, bunu Bakı Dövlət Universitetin rektoru Elçin Babayev görkəmli alimi və mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovla keçirilən vida mərasimində bildirib.

E.Babayev vurğulayıb ki, Ş.Hüseynov yüzlərlə jurnalistin ustadı olub:

“O, Azərbaycan və azərbaycançılıq ideologiyasının carçılarından biri idi. Azərbaycan dövləti onun zəhmətini hər zaman qiymətləndirib. Şirməmməd müəllim özündən sonra heç bir zaman unudulmayacaq tarixi iz qoydu”.

Qeyd edək ki, Ş.Hüseynovla vida mərasimi saat 13:00-dək davam edəcək. Mərasimdən sonra mərhumun nəşi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılacaq.

Xatırladaq ki, Ş.Hüseynov iyunun 24-də 95 yaşında vəfat edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri