Binəqədi rayonunda 2 avtomobil toqquşub, sürücü yaralanıb.
Oxu.Az xəbər verir ki, hadisə “Karl Marks” dairəsində, Azadlıq və Z.Bünyadov prospektinin kəsişməsində baş verib.
Z.Büynadov prospektində “Hyundai” markalı minik avtomobili ilə hərəkətdə olan 29 yaşlı Əhmədov Sabir Talib oğlu dairəvi yola daxil olan Anar Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.
Qəza zamanı “Hyundai” markalı avtomobilin sürücüsü S.Əhmədov, avtomobillərdə olan sərnişinlər Nurullayev Tural Yarəli oğlu, Manaflı Miryusif Mirvəfa oğlu xəsarət alıblar. Yaralılar təcili olaraq xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, hadisə “Hyundai” markalı avtomobilin sürücüsünün yüksək sürətlə hərəkətdə olması və dairəvi yola daxil olan “Mercedes” markalı avtomobilin yolda üstünlüyü olmasına baxmayaraq, ona yol verməməsi səbəbindən baş verib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Binəqədidə qəza: “Hyundai” ilə “Mercedes” toqquşdu - FOTO/VİDEO
Kamil Əmirli
Elşad Mətləboğlu
Rəylər