18 
İyl
2019
09:31
129
32
1955
Virtual karabakh

Türkiyədə yaşayan səkkiz yaşlı azərbaycanlının köməyə ehtiyacı var - VİDEO

Türkiyədə yaşayan səkkiz yaşlı Azərbaycan vətəndaşı maddi problem səbəbindən məktəbə gedə bilmir. 

Bununla bağlı Türkiyə mediasında məlumat dərc edilib. 

Bildirilib ki, 34 yaşlı Bahar Beyazhançer 2016-cı ildə Azərbaycandan Türkiyəyə gələrək 52 yaşlı Murad Beyazhançerlə ailə həyatı qurub. O, Türkiyəyə gələn zamanı qızı Şəbnəm Beyazhançeri də özü ilə gətirib. Evlilikdən sonra hamilə olduğu üçün vaxtında İstanbul Miqrasiya İdarəsinə müraciət edə bilməyib və qızı Şəbnəm üçün yaşayış icazəsi almayıb.

2017-ci ildə birinci sinfə getməli olan Şəbnəmin sənədlərində problem yaranıb və ailəyə Miqrasiya İdarəsinə müraciət etmək tövsiyə olunub. İdarəyə müraciət etdikdə isə ailənin Şəbnəmin qeydiyyatı üçün beş min türk lirəsi (təxminən 1500 AZN - red.) ödəməli oldu bildirilib.

Bahar qızının məktəbə getmədiyi üçün hər gün ağladığını deyib:

“2016-cı ildə ailə həyatı qurmaq üçün Türkiyəyə gəldim. Çox şükür, xoşbəxt ailəm və yaxşı həyat yoldaşım var. Lakin qızım məktəbə gedə bilmir. O, 2017-ci ildən bəri burada qanunsuz yaşayır. Hər gün məktəbə getmək üçün ağlayır. Mən də anayam, qəhərimdən boğuluram. Uşağımın məktəbə getməsini istəyirəm”.

O bildirib ki, qızı ilə bağlı sənədin 90 gün müddətində Miqrasiya İdarəsinə verilməli olduğundan xəbərsiz olub:

“İndi Azərbaycana giriş-çıxış etməliyik. Yoldaşımın da maaşı azdır. Xahiş edirəm, uşağımın məktəbə getməsinə yardım etsinlər”. 

Şəbnəm isə yaşıdları kimi məktəbə getməyi çox istədiyini bildirib:

“Onlar məni ələ salırlar. Kədərlənirəm. Kaş mən də məktəbə gedə bilərdim”.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri