21 
İyl
2019
12:44
29
261
5997
Virtual karabakh

Bərdədəki yanğın sahibkarlara yarım milyon ziyan vurdu: 12 mağaza külə döndü - FOTO

21 İyl, 2019
12:44
5997

Bərdədəki yanğın sahibkarlara yarım milyon ziyan vurdu: 12 mağaza külə döndü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdə rayonunda “köhnə bazar” adlanan ərazidə baş vermiş güclü yanğın nəticəsində sahibkarlara 500 min manata yaxın ziyan dəyib.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

Axşam saatlarında “köhnə bazar” adlanan ərazidə umumi sahəsi 2000 m² olan, bir dam altında bir-birinə bitişik, müxtəlif təyinatlı obyektlərin (qalayçı sexi və mebel mağazaları) yanar konstruksiyaları 590 m² sahədə yanıb.

Bir anda başlayan yanğın qısa zamanda 12 mağazanı kül edib.

Sahibkarların sözlərinə görə, yanğın nəticəsində onlara təxminən 500 min manatadək ziyan dəyib.

Yanğına səbəb kimi elektrik naqillərində qısaqapanma göstərilir.

Qeyd edək ki, yanğın Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən söndürülərək digər tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri