Bir müddət əvvəl Novxanı bağları ərazisində yaşayan sakinlərin antisanitar vəziyyətdən şikayət etməsi ilə bağlı məlumat vermişdik. Redaksiyamıza müraciət edən vətəndaş iddia edirdi ki, məsələ ilə bağlı aidiyyəti orqanlara dəfələrlə müraciət olunub, lakin problemlə maraqlanan yoxdur.
Novxanı bağları ərazisində sakinləri narahat edən antisanitar vəziyyət artıq aradan qaldırılıb.
Bununla bağlı Oxu.Az-a Binəqədi Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, icra hakimiyyəti tərəfindən problemin həlli ilə bağlı tədbirlər görülüb.
Ərazidəki zibil qutuları və ətrafa atılan məişət tullantıları təmizlənib. Vətəndaşlardan isə məişət tullantılarını ətrafa yox, zibil qutularına atmaları xahiş olunub.
Həmin görüntüləri təqdim edirik:
Oxu.Az işıqlandırdı, İcra Hakimiyyəti hərəkətə keçdi - VİDEO
Könül Cəfərli