Apr
2020
15:44
12
120
2034
Virtual karabakh

Tibbi tullantıların utilizasiyası necə həyata keçirilir?

8 Apr, 2020
15:44
2034

Tibbi tullantıların utilizasiyası necə həyata keçirilir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə respublika ərazisində fəaliyyət göstərən xəstəxana və müvəqqəti yaradılan düşərgələrdə formalaşan təhlükəli tibbi tullantıların qanunvericiliyə uyğun idarə olunmasına nəzarət edilir. 

Oxu.Az xəbər verir ki, bununla bağlı Təhlükəli Tullantılar Poliqonunun direktoru Firuddin Əliyev jurnalistlərə açıqlama verib.

O bildirib ki, təhlükəli tibbi tullantıların normalara uyğun utilizasiyası məqsədilə tibb müəssisələrinə xüsusi torbalar və konteynerlər paylanılıb:

“Tibbi tullantılar təhlükəlilik kateqoriyasına görə çeşidlənir və xüsusi ayrılmış avtomobillərlə daşınaraq xüsusiləşdirilmiş müəssisələrin insinerator qurğusunda yandırılma üsulu ilə zərərsizləşdirilir. Daşınmadan sonra avtomobillər dezinfeksiya olunur.

Yandırılma zamanı əmələ gələn kül Təhlükəli Tullantılar Poliqonunun ərazisində xüsusi ayrılmış yerlərdə basdırılır. Nəzarət və utilizasiya prosesinin təşkili tədbirləri tərəfimizdən davam etdirilir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri