Apr
2020
15:59
35
293
13655
Virtual karabakh

Bu maskalar sizi xəstəliyə yoluxdura bilər - VİDEO

9 Apr, 2020
15:59
13655

Bu maskalar sizi xəstəliyə yoluxdura bilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aptekdə tibbi maska tapmayan əksər insanlar onları ev şəraitində hazırlayır və yaxud da evdə hazırlayanlardan alıb istifadə edirlər.

Burada isə maraq doğuran bir məqam, sual var - evdə hazırlanan maskalar bizi hər hansı virusdan, xəstəlikdən qoruyurmu? Ümumiyyətlə, həmin maskalar standartlara cavab verirmi?

Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

Respublikanın baş infeksionisti Cəlal İsayev deyir ki, ev şəraitində hazırlanan maskalar heç bir qoruyucu təsirə malik deyil:

“Üz qoruyucuları ev şəraitində hazırlanarkən standarta uyğun olmur. Tövsiyə edirik ki, kimdə xəstəlik əlaməti varsa, asqırarkən, öskürərkən, heç olmasa ağzına salfet, yaylıq tutsun. Həmin o maska da salfet, yaylığın əvəzinə asqıranda ətraf mühitə yayılmasının qarşısını ala bilir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri