11 
Apr
2020
17:34
67
334
16779
Virtual karabakh

DİN-dən yayılan görüntülərlə bağlı açıqlama: “Silah səsləri montaj edilib” - VİDEO

11 Apr, 2020
17:34
16779

DİN-dən yayılan görüntülərlə bağlı açıqlama: “Silah səsləri montaj edilib” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Youtube” sosial şəbəkəsində “Ağcabədinin Avşar kəndində xalq ayaqlandı” başlığı ilə yayılmış video görüntülər həqiqəti əks etdirmir, tamamilə uydurmadır və polis əməkdaşları ilə kənd sakinləri arasında qarşıdurma olduğu barədə illüziya yaratmaq məqsədi daşıyır. 

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, həmin görüntülərdə eşidilən silah səsləri isə montaj edilərək videoya əlavə edilib. 

Qeyd edək ki, aprelin 10-da rayonun Avşar kənd sakini olan bir qrup şəxsin xüsusi karantin rejimi qaydalarını pozaraq kənd ərazisində toplanmaları barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə 16 nəfər saxlanılaraq, RPŞ-yə gətirilib. Onlardan yeddi nəfəri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə həbs, digər doqquz nəfərə isə xəbərdarlıq edilib.

Hazırda Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində tətbiq olunan xüsusi karantin rejimi və ictimai asayiş tam nəzarətdədir.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri