13 
Apr
2020
16:51
204
85
5140
Virtual karabakh

65 min nəfərin icazəsi ləğv edilib: Sui-istifadə edənlərə xəbərdarlıq olunub

13 Apr, 2020
16:51
5140

65 min nəfərin icazəsi ləğv edilib: Sui-istifadə edənlərə xəbərdarlıq olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu günə qədər bəzi təşkilatlar tərəfindən sui-istifadə hallarına yol verildiyi üçün 65 min icazə ləğv edilib”.

Oxu.Az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov “Real” TV-nin efirində məlumat verib.

O bildirib ki, bəzi təşkilatların rəsmi əmək müqaviləsi olmadan öz əməkdaşları olmayan şəxsləri sistemə daxil etməklə icazə aldıqlarına dair faktlar müəyyən olunub:

“Bununla bağlı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həmin təşkilatlara xəbərdarlıq edilib. Onlara aprelin 9-dək icazə aldıqları şəxslərin xidməti və ya əmək müqaviləsi ilə işlədiklərinə dair məlumatları qeyd etmələri üçün zaman verilib.

Tərəfimizdən aparılan təhlillər nəticəsində sistemdə nə əmək, nə də xidməti müqavilələrini görə bilmədiyimiz şəxslərin olduğu müəyyən edilib. Bu səbəbdən bəzi təşkilatlara əvvəlcədən verilən icazələrin bəziləri geri qaytarılıb. Bu günə qədər sadalanan sui-istifadə hallarına yol verildiyi üçün 65 min icazə ləğv edilib. Dövlət və Özəl Təşkilatlar sistemə “elektron imza” və “ASAN imza” ilə daxil olurlar. “ASAN login” üzərindən daxil olanda sistem onlara bu prosedura icazənin olub-olmadıqları barədə məlumat verir”.

F.Cəfərov onu da əlavə edib ki, icazə sistemi yarandığı gündən hər gün təkmilləşdirilir:

“İlkin dövrdə sistemdə iqtisadi fəaliyyət subyektlərinə icazə verilən kateqoriyalar var. Artıq həmin vergi ödəyicilərinin VÖEN-ləri sistemə yüklənib və bunun sayəsində biz qayda pozuntusuna yol verən şəxsləri müəyyən edə bilirik. Eyni zamanda, təşkilatlar əmək bildirişində olmayanların VÖEN məlumatlarını sistemə daxil edirlər. Bunun nəticəsində Azərbaycanda xidməti müqavilə bazası da yaranmış olur”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri