30 
Sen
2020
11:15
1366
46
6575
Virtual karabakh

“Kontakt Home” hərbi çağırışa gedən müştərilərin ödənişlərini dayandırdı

30 Sen, 2020
11:15
6575

“Kontakt Home” hərbi çağırışa gedən müştərilərin ödənişlərini dayandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkənin ən böyük riteyl şəbəkələrindən olan “Kontakt Home” torpaqlarımızın azad olunması uğrunda gedən hərbi əməliyyatlarda iştirakla bağlı çağırılan müştərilərinin və onların ailə üzvlərinin kredit ödənişlərini dayandırıb. Bu güzəşt hərbi mükəlləfiyyəti olan hər kəsə, hərbçilərə, tibb personalına və s. aid edilir.

Ən böyük borc Vətən borcudur. İndi hər bir vətəndaşın əsas öhdəliyi Vətən qarşısında olan borcun qaytarılmasıdır. “Kontakt Home”  hər zaman olduğu kimi, indi də sosial məsuliyyətini anlayır və belə çətin anlarda ölkənin və vətəndaşının yanındadır.

“Kontakt Home” Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizə tədbirlərində və vətənpərvərlik ruhunun yüksək saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Şirkət Cəbhə bölgəsində yarana biləcək qan ehtiyacını nəzərə alaraq, ölkədə olan qan rezervlərinin artırılması məqsədilə əməkdaşlarını Mərkəzi Qan Bankında könüllü qanvermə aksiyasına cəlb edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri