Noy
2020
09:49
21
381
1836
Virtual karabakh

Hacıqabulda ev yanıb

8 Noy, 2020
09:49
1836

Hacıqabulda ev yanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hacıqabul rayonunda evdə yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hacıqabul rayonunun Atbulaq kəndində ümumi sahəsi 140 kvadrat metr olan birmərtəbəli dörd otaqlı evin yanar konstruksiyaları alışıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi Sabirabadda olub. Rayonun Qaragüney kəndində ümumi sahəsi 250 kvadrat metr olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 110 kvadrat metr sahədə və ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi, bitişik talvar və köməkçi tikili yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri