20 
May
2021
15:11
48
217
14766
Virtual karabakh

Azərbaycanda tibb müəssisələri birləşdirilir - SİYAHI + YENİLƏNİB

20 May, 2021
15:11
14766

Azərbaycanda tibb müəssisələri birləşdirilir - SİYAHI + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tibb müəssisələrinin birləşdirilməsi ilə bağlı sənədləşmə işləri yekunlaşdıqdan sonra ictimaiyyətə dolğun məlumat veriləcək. 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. 

Bildirilib ki, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərən dövlət tibb müəssisələrində struktur dəyişiklikləri aparılır: 

“Struktur dəyişiklikləri ilə bağlı sənədləşmə işləri bitdikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək”.

09:48

Azərbaycanda bir neçə tibb müəssisəsi yenidən təşkil edilir.

Oxu.Az-ın məlumatına görə, “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxs professor Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanası, 3 nömrəli Uşaq Xəstəxanası və “Ş.Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evi” Publik Hüquqi Şəxsin ona qoşulması yolu ilə yenidən təşkil olunur.

“Lökbatan Tibb Mərkəzi” Publik Hüquqi Şəxs 4 nömrəli Birləşmiş Uşaq Xəstəxanası hüquqi şəxsin ona qoşulması yolu ilə yenidən təşkil edilir.

“Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” Publik Hüquqi Şəxs “Respublika Uşaq Klinik Xəstəxnaası” Publik Hüquqi Şəxsin ona qoşulması yolu ilə yenidən təşkil edilir.

“Nərimanov Tibb Mərkəzi” Publik Hüquqi Şəxs 7 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, 8 nömrəli Şəhər Poliklinikası, 18 nömrəli Şəhər Poliklinikası və 6 nömrəli Uşaq Poliklinikası hüquqi şəxslərin ona qoşulması yolu ilə yenidən təşkil edilir.

“Sabunçu Tibb Mərkəzi” Publik Hüquqi Şəxs 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 5 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası və “2 nömrəli Doğum Evi” Publik Hüquqi Şəxsin ona qoşulması yolu ilə yenidən təşkil edilir.

“Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxs “1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası” Publik Hüquqi Şəxs, 2 nömrəli Şəhər Xəstəxanası, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası və Sumqayıt Uşaq Xəstəxanasının ona qoşulması yolu ilə yenidən təşkil edilir.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri