Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Son Gecə” və ya Azərbaycan polisinin işinin görünməyən tərəfləri - MÜSAHİBƏ
Fəxrəddin Qurbanov Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşıdır. Polkovnik-leytenant 30 ilə yaxındır ki, Azərbaycanın daxili işlər orqanlarında çalışır və bu müddətə baxmayaraq, bütün məsuliyyəti və peşəsinə olan sevgisi ilə çalışmaqda davam edir.
Bu yaxınlarda onun Oxu.Az-a verdiyi müsahibədə danışdığı kriminal detektiv - “Son Gecə” kitabı çap olundu:
- Kitab yazmaq fikri sizdə nə vaxt yarandı?
- Bilirsiniz, uşaqlıqdan oxumağı sevirəm. Detektiv janrına isə həmişə xüsusi marağım olub. Bəlkə də növbəti maraqlı detektivi oxuduqdan sonra kitabımı yazmağa ilham gəldi. Hər halda, iş təcrübəmi də nəzərə alsaq, mən isə 1993-cü ildən daxili işlər orqanlarında çalışıram, özümü yazıçı kimi sınamaq qərarına gəldim (gülür). Kitabım belə yarandı.
- Polis əməkdaşlarının ümumiyyətlə qarşılaşdıqları iş yükünün ağırlığını nəzərə alsaq, yazmağa da necə vaxt ayıra bilməyinizi təsəvvür etmək çətindir...
- Çox düzgün qeyd etdiniz. Məhz bu səbəbdən bu kitabı düz 5 ilə ərsəyə gətirmişəm.
- Kitabınız nə barədədir?
- Kitab iki cinayət hadisəsindən bəhs edir. Birincisi oğurlanmış avtomobilin, ikincisi isə qaçırılmış gənc bir qızın axtarışları barədədir. Əsərin qəhrəmanı keçmiş polis əməkdaşı, detektiv Bəxtiyar Nəzərlidir. Müasir və olduqca maraqlı metodlardan istifadə edərək bu cinayətləri araşdırmağa başlayır. Yeri gəlmişkən, kitabda Qarabağ məsələsinə və iyrənc erməni xislətinə də toxunulub.
- Kitabda həqiqi cinayət işlərindən bəhs edilir?
- Əlbəttə, 28 il ərzində daxili işlər orqanlarında topladığım təcrübədən istifadə etmişəm, amma əsərdə yer alanlar əsasən təxəyyülün məhsuludur. Oxucuya təkcə cinayətin tarixi yox, həm də bu cür hallarda özünü necə müdafiə etməyin lazım olduğu barədə məlumat verməyə, belə deyək, bu yolla oxucunu maarifləndirməyə çalışmışam.
- Təcrübənizdən ən yaddaqalan və ən mürəkkəb cinayət işi barədə danışa bilərsiniz?
- Bilirsiniz, bir polis əməkdaşı üçün asan və çətin deyilən bir anlayış yoxdur. Polis hər vəziyyətə eyni məsuliyyətlə yanaşır. Fakt budur ki, hər hadisənin arxasında insan amili, bəzən də insan taleyi dayanır. Elə olur ki, kənardan kimin üçünsə əhəmiyyətsiz görünən bir hadisə həmin hadisədə zərərçəkmiş üçün fəlakət kimi qəbul oluna bilər. Məhz bu səbəbdən hər işə eyni məsuliyyətlə yanaşmağa çalışırıq. Bizim üçün ən vacib olan vətəndaş məmnunluğudur.
- Bir polis əməkdaşından bu cür sözlər eşitmək çox xoşdur. Potensial oxucunuz kimdir?
- Kitabımın hər nəslin oxucusunu üçün maraqlı olduğunu deyə bilərəm. Bunu oxucularımın rəylərinə əsasən deyirəm. Hər şeydən əvvəl bir polis əməkdaşı olaraq gənc nəslin maariflənməsinə diqqət ayırmışam, çalışmışam ki, narkomaniya və ondan irəli gələn digər cinayətlərin bütün nəticələrini oxucuya, xüsusi ilə də gənclərə çatdırım.
Eyni zamanda fədakar Azərbaycan polisinin fəaliyyətinin görünməyən tərəflərini də mümkün qədər oxucu üçün açıqlamağa çalışmışam.
- İlk kitabın davamını gözləyək?
- Hazırda ikinci kitabın üzərində işləyirəm. Həmin kitab da detektiv janrında olmaqla ayrıca və yaxud elə “Son Gecə”nin davamı kimi qəbul edilə bilər.
Cəmilə Ələkbərova
"Qarabağ" teqi üzrə xəbərlər
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Mənbicli gəncin Azərbaycan bayraqlı, "Qarabağ" yazılı köynəyi diqqət çəkdi
- Yassin Benziya: "Keçmiş klubuma qarşı matç mənim üçün çox maraqlı olacaq"
- Politoloq: "Kəlbəcərin döyüşsüz azad olunması Azərbaycanın siyasi, hərbi və iqtisadi qələbəsidir"
- "Kurtlar Vadisi"nin məşhur aktyoru: "Qarabağla bağlı film çəkəcəyik"
Rəylər