Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycandan İrana 20 məhkum ekstradisiya edildi
Azərbaycandan İrana 20 məhkum ekstradisiya edilib.
APA-nın xəbərinə görə, 20 iranlı məhkum cəzalarının qalan hissəsini ölkələrində çəkmək üçün bu gün Astara sərhəd-keçid məntəqəsindən İrana ekstradisiya olunub.
İranın Azərbaycandakı səfiri Abbas Musəvi bildirib ki, hazırda Azərbaycanda narkotik və digər cinayətlərdə ittiham olunaraq həbs edilən 200 iranlı məhkum var.
Səfir qeyd edib ki, İran yerdə qalan digər məhkumların da ekstradisiyası və ya onların cəzalarının yüngülləşdirilməsi ilə bağlı səylərini davam etdirir.
"Astara" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər