Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Cahid Bağcı Gəncədə səfərdədir - FOTO
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Gəncəyə səfər edib.
Oxu.Az xəbər verir ki, C.Bağçı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.
Səfir ilk olaraq şəhərin baş meydanında ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılan abidəni ziyarət edib, önünə gül dəstələri qoyub.
Daha sonra səfirlə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov arasında görüşünün keçirilməsi planlaşdırılır.
Səfər çərçivəsində Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçının Şəhidlər Xiyabanı və Gəncədə Ermənistanın raket hücumları səbəbindən dağıntılara məruz qalan əraziləri ilə yerində tanış olması planlaşdırılır.
Qeyd edək ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı özünün “Twitter” hesabında da məlumat paylaşıb.
Könül Cəfərli
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda zəlzələ: Türkiyədə də hiss edilib
- Hikmət Hacıyev: "Ermənistan davamlı sülh üçün ədliyyə prosesi ilə əməkdaşlıq etməlidir"
- Ruben Vardanyan ailəsi ilə telefon danışığı zamanı audiomesaj göndərib
- Ermənistan Avropa İttifaqındakı nümayəndəliyində hərbi attaşe vəzifəsini təsis edir
- Ermənistanda sərnişin qatarı minik avtomobili ilə toqquşub: Ölənlər və yaralananlar var