30 
İyl
2021
10:52
504
41
12326
Virtual karabakh

Deputatın sərxoş halda polisi döyməsi təsdiqləndi: Araşdırma başlanıldı - VİDEO

30 İyl, 2021
10:52
12326

Deputatın sərxoş halda polisi döyməsi təsdiqləndi: Araşdırma başlanıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmaz rayonunda millət vəkili Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı təsdiqlənib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirib.

Bildirilib ki, insident iyulun 29-da gecə 00:00-dan sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb:

“O, karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə tərəfimizdən araşdırma aparılıb və toplanmış materiallar Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib”.

Qeyd edək ki, ötən gün millət vəkilinin sərxoş halda Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyməsi barədə məlumat yayılıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri